HR (İnsan Resursları)

HR - İnsan resurslarının sistem üzərindən tam və real vaxt rejimində idarə olunması, rahat istifadəçi interfeysi ilə çox funksiyalı proqram təminatıdır. Siz bu proqram təminatı vasitəsi ilə, şirkətdaxili işçi heyətinin işə davamiyyət, məzuniyyət, icazə və icazə limitlərinin idarə olunması ilə bərabər, əmək haqqının xüsusi yolla hesablanması və verilməsi, müəyyən cərimələrin tətbiq olunması, sənəd müraciətlərinin qəbulunu həyata keçirə bilərsiniz. Bununla bərabər, bütün bu proseslərin gündəlik, aylıq və illik hesabatlarına tam nəzarət edə bilərsiniz. Proqram təminatı - şirkət və ya qurumun işçi heyətinin sayından və işləmə prinsipləri fərqliliklərindən asılı olmayaraq, hər cür iş mühitinə uyğunlaşan, xüsusi rollarla idarə olunan, çoxseçimli dil və valyuta funksiyalarına malikdir.

hr1 image hr2 image